Axtarış

Vətəndaşların müraciətlərinin və qəbulu işinin təhlili və ümumiləşdirilməsi


11.1. Daxili işlər orqanlarının rəhbərləri və ya onların tapşırığı ilə digər vəzifəli şəxslər müntəzəm olaraq vətəndaşların müraciətlərini təhlil etməli, ümumiləşdirməli, vətəndaşların hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması hallarının və səbəblərinin vaxtında aşkara çıxarılıb aradan qaldırılması üçün öz əməli iradlarını bildirməli, işin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
11.2. Təhlil və ümumiləşdirmədən irəli gələn nəticələr əsasında vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili işinin təkmilləşdirilməsinə dair konkret tədbirləri əks etdirən arayış, icmal və ya məlumat hazırlanır.
11.3. Vətəndaşların müraciət etmək hüququnun pozulması hallarının və bu halların yaranma səbəblərinin vaxtında aşkar edilməsi məqsədi ilə daxili işlər orqanlarında vətəndaşların müraciətlərinin və qəbulu işinin təhlili və ümumiləşdirilməsi əsasında aylıq, rüblük, yarımillik, illik arayışlar və hesabatlar hazırlanır.
11.4. Nazirliyin baş idarə, idarə və şöbələrinin, şəhər, rayon, nəqliyyatda polis orqanlarının rəhbərləri tərəfindən hər ilin birinci yarısının və sonunun yekunları üzrə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə dair analitik arayışlar və hesabatlar Nazirliyin Katibliyinə təqdim edilməlidir (Təlimata 7, 8 və 9 nömrəli əlavələr) .

11.5. Hesabatlarda aşağıdakı məlumatlar əks olunur:
11.5.1. daxil olan müraciətlərin ümumi sayı, ayrılıqda təklif, ərizə və şikayətlərin, habelə təkrar müraciətlərin və icra müddəti pozulmaqla baxılmış müraciətlərin sayı;
11.5.2. daxili işlər orqanlarında və tabeliklərində olan qurumlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına nəzarətin nəticələrinə dair ümumiləşdirilmiş məlumatlar, o cümlədən müraciətlərin ümumi sayı, aparılmış araşdırmaların sayı, görülən tədbirlərə dair məlumatlar.
Virtual Karabakh Karabakh Justice for khojaly