Axtarış

Vətəndaşların qəbul edilməsi qaydası


10.1. Vətəndaşların qəbulu Nazirliyin bütün orqan və hissələrində, təhsil müəssisələrində öz səlahiyyətləri daxilində qərar qəbul etmək hüququna malik olan vəzifəli şəxslər tərəfindən həyata keçirilir.
10.2. Vətəndaşlar qabaqcadan müəyyən olunmuş günlərdə və saatlarda qəbul edilirlər. Qəbul idarə, müəssisə və təşkilatların iş rejimi, digər yerli şərait və imkanlar nəzərə alınmaqla vətəndaşlar üçün əlverişli vaxtlarda keçirilir. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə, onlar daxili işlər orqanının rəhbəri və ya aidiyyəti vəzifəli şəxslər tərəfindən dərhal qəbul edilməlidirlər.
10.3. Nazirliyin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu müvafiq cədvələ uyğun keçirilir.
10.4. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Bakı və Gəncə şəhər Baş Polis idarələrinin rəhbərliyi tərəfindən vətəndaşlar ayda iki dəfədən az olmayaraq şəxsən qəbul edilirlər.
10.5. Nazirliyin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Bakı və tərəfindən vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş cədvəl əsasında həftədə bir dəfə keçirilir.
10.6. Şəhər, rayon və nəqliyyatda polis orqanlarında rəhbər vəzifəli şəxs tərəfindən vətəndaşların qəbulu həftənin bütün iş günlərində və həftələrarası istirahət günlərinin birində keçirilir. Həmin orqanların növbətçi hissələrində vətəndaşlar günün istənilən vaxtında qəbul edilməlidirlər.
10.7. Vətəndaşların qəbulu polis sahə məntəqələrində polis sahə rəisləri tərəfindən həftənin bütün iş günlərində və həftələrarası istirahət günlərinin birində, polis sahə inspektorları tərəfindən isə həftədə iki dəfədən az olmayaraq həyata keçirilməlidir.
10.8. Vətəndaşların daxili işlər orqanlarında qəbulu üçün xüsusi otaqlar (qəbul otaqları) ayrılır və normal iş üçün lazımi avadanlıqlarla təmin edilir (Təlimata 5 nömrəli əlavə). Qəbul otağına giriş azad olmalıdır.
10.9. Vətəndaşların daxili işlər orqanlarında qəbulu cədvəli vəzifəli şəxslərin soyadı, vəzifəsi, qəbul günü və saatı göstərilməklə orqan rəhbəri tərəfindən təsdiq edilir. Vətəndaşların qəbulu cədvəli qəbul otaqlarının qarşısında, görünən yerdə asılmalıdır.
10.10. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron poçt vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyəti təsdiq edən sənədi, müraciət edən vətəndaşın adından qəbula nümayəndəsi gəldikdə isə onun səlahiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
10.11. Vətəndaşların qəbulu növbə əsasında keçirilir.
10.12. Azərbaycan Respublikasının Milli Qəhrəmanları, 1-ci və 2-ci qrup əlillər növbədənkənar qəbul edilirlər.
10.13. Azərbaycan Respublikası Milli Məclisinin deputatları daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən təxirəsalınmadan qəbul edilirlər.
10.14. Qəbul ilə bilavasitə əlaqəsi olmayan şəxslərin qəbul otağında olması yolverilməzdir.
10.15. Vətəndaşların qəbulunun təşkilinə cavabdeh vəzifəli şəxs vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllinə daxili işlər orqanlarının aidiyyəti rəhbər əməkdaşlarını cəlb edə, yaxud onlardan lazımi məlumatları (yazılı və ya şifahi) tələb edə bilər.
10.16. Sərxoş vəziyyətdə olan şəxslər qəbula buraxılmırlar. Belə şəxslər yalnız hər hansı cinayətin hazırlanması və ya törədilməsi, həmçinin təcili tədbir görülməsini tələb edən digər hadisələr haqqında məlumat verdikdə qəbul oluna bilərlər. 
10.17. Qəbul vətəndaşa öz soyadını, adını, atasının adını, yaşayış və iş yerini bildirmək, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, müraciət etdiyi məsələnin mahiyyətini göstərmək təklifi ilə başlayır. Əgər vətəndaş məsələ ilə əlaqədar əvvəllər həmin orqana müraciət etmişdirsə, söhbətə başlamazdan əvvəl müvafiq sənədlər öyrənilir.
10.18. Şəxsiyyəti təsdiq edən sənədlərin olmaması vətəndaşı dinləməməyə əsas vermir.
10.19. Qəbula gələn şəxslərin qaldırdığı məsələlər imkan daxilində qəbul vaxtı həll olunur.
10.20. Qəbulu həyata keçirən şəxs müvafiq qanunvericiliyi rəhbər tutaraq öz səlahiyyətləri daxilində aşağıdakı qərarlardan birini qəbul edir:
10.20.1. qəbul edilmiş qərarın icra müddətini və qaydasını bildirməklə qəbula gələn şəxsin xahişini təmin etmək;
10.20.2. qəbula gələn şəxsin xahişi təmin edilmədikdə, bunun səbəblərini göstərməklə qəbul edilmiş qərardan şikayət vermək qaydasını izah etmək.
10.21. Vətəndaşın qəbul zamanı etdiyi şifahi müraciəti ilə bağlı qeydiyyat-nəzarət vərəqəsində (və ya elektron formada qeydiyyat nəzarət vərəqəsində) qəbula dair qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır.
10.22. Qəbula gələn şəxsin müraciətinə baxılması üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldikdə, ondan  yazılı ərizə alınaraq xahişinin qəbul prosesində təmin edilməməsinin səbəbləri bildirilməklə məsələyə baxılma müddəti və qaydası izah edilir. Qəbul zamanı təqdim olunan müraciətlərə bu Təlimatın tələblərinə uyğun olaraq baxılır.
10.23. Vətəndaş hər hansı səbəbdən xahişini yazılı surətdə müstəqil olaraq ifadə edə bilmədikdə ona lazımi köməklik göstərilir.
10.24. Vətəndaşın müraciətdə irəli sürdüyü məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadıqda qəbulu həyata keçirən şəxs vətəndaşa aidiyyəti üzrə müraciətetmə qaydasını izah etməlidir.
10.25. Qəbul zamanı daxil olmuş müraciətlər nəzarətə götürülür, bu Təlimatın tələblərinə müvafiq qeydiyyata alınaraq baxılır və həll edilir.
10.26. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qeydiyyatı və onlara baxılması bu Təlimatın tələbləri nəzərə alınmaqla həyata keçirilir.
10.27. Qəbul edilən vətəndaşların uçotu jurnalda (Təlimata 6 nömrəli əlavə) və ya elektron qaydada aparılır, burada onların müraciətinin səbəbləri və baxılmasının nəticələri əks etdirilir .
10.28. Daxili işlər orqanlarının rəhbərlərinin və ya digər vəzifəli şəxslərinin səyyar və ya videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim olunan müraciətlərin qəbul edilməsi, qeydiyyatı və onlara baxılması qaydası bu Təlumata uyğun olaraq həyata keçirilir.
10.29. Nazirliyin aparatında vətəndaşların qəbulu Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən Nazirliyin qəbul otağında həyata keçirilir.
Virtual Karabakh Karabakh Justice for khojaly