Axtarış

“102” xidməti - zəng mərkəzi sisteminə daxil olan müraciətlərin qəbulu və baxılması


9.1. Daxili işlər orqanlarının əməkdaşları barədə şifahi müraciətlər Nazirliyin “102” xidməti - zəng mərkəzi sistemi (bundan sonra - “102” xidməti”) tərəfindən qəbul edilir və bu Təlimata uyğun olaraq operativ qaydada qeydiyyata alınaraq baxılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin olunur. 
9.2. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarının əməkdaşları haqqında “102” xidmətinə verilmiş hər bir müraciət avtomatik rejimdə sistemin yaddaş daşıyıcısına yazılır, müvafiq qaydada qeydiyyata alınaraq xidmət rəisinə məruzə olunur. 
9.3. Müraciəti qəbul edən operator vətəndaşın soyadı, adı, yaşadığı ünvan, əlaqə telefonu, şikayət etdiyi polis orqanı və ya əməkdaş barədə ətraflı məlumat əldə edir, müraciətin məzmununu tam təfsilatı ilə aydınlaşdırır və kompyuter sisteminin xüsusi formalı blankında qeydiyyatını aparır, qəbul olunmuş müraciətinə baxılması haqqında vətəndaşa müvafiq izahatlar verir.
9.4. Mahiyyəti aydın olmayan, habelə daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələlərə dair müraciətlər qəbul edilmir və bu barədə vətəndaşa müvafiq  izahat verilir. 
9.5. Araşdırılması zəruri olan müraciətlər 24 saat müddətində raportla Nazirliyin rəhbərliyinə məruzə edilir və icrası müvafiq tapşırığa uyğun təmin olunur.
9.6. Daxili işlər orqanlarının əməkdaşları haqqında daxil olmuş müraciətə müvafiq struktur qurumlar tərəfindən 15 iş günü müddətində baxılır, nəticələri və görülmüş tədbirlər üzrə müvafiq arayış tərtib edilərək Nazirliyin rəhbərliyinə məruzə olunduqdan sonra vətəndaşa müvafiq cavab verilməklə, icrası barədə “102” xidmətinə yazılı  məlumat verilir. 
9.7. Qəbul edilmiş müraciətlərdə daxili işlər orqanları əməkdaşlarının korrupsiya və digər hüquqpozmalara yol vermələri barədə, habelə xüsusi əhəmiyyət kəsb edən və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edən məlumatlar olduqda, dərhal xidmət rəisi tərəfindən şifahi qaydada Nazirliyin rəhbərliyinə məruzə edilir, sonradan raportla sənədləşdirilərək araşdırılması müvafiq struktur quruma tapşırılır.
9.8. Müraciətə baxılması zamanı əlavə sənədlərin toplanılması, müvafiq izahatların alınması və digər tədbirlərin həyata keçirilməsi zərurəti yarandıqda araşdırma müddəti Nazirliyin rəhbərliyi tərəfindən 30 iş gününədək uzadıla bilər.
9.9. Törədilmiş və ya hazırlanan korrupsiya və digər ağır cinayətlər barədə daxil olmuş müraciət qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər orqanın səlahiyyətinə aid olduqda dərhal, cinayətin izlərinin sənədləşdirilməsi ilə bağlı təxirəsalınmaz ilkin hərəkətlərin keçirilməsi zərurəti yarandıqda isə bu hərəkətlər edildikdən sonra 24 saatdan gec olmayaraq aidiyyəti orqana göndərilir.
9.10. “102” xidməti vasitəsilə daxil olmuş törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatlar “Törədilmiş və ya hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq qeydiyyata alınıb baxılır.
Virtual Karabakh Karabakh Justice for khojaly