Axtarış

Hümbətov İslam Mövsüm oğlu


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Hümbətov İslam Mövsüm oğlu

 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olmuşdur. 1989-cu ildə Barnaul Xüsusi Orta Milis Məktəbini, 1995-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 

1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1985-ci ildən daxili işlər orqanlarında xidmət edir. 

DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləmişdir. 

2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.  

Cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində və asayişin qorunmasında qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.    

Ailəlidir. Üç övladı var.

Virtual Karabakh Karabakh Justice for khojaly