Axtarış

DİO-ya xidmətə qəbulla əlaqədar minimal fiziki normativlər


DAXİLİ İŞLƏR ORQANLARINA XİDMƏTƏ QƏBUL ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ MİNİMAL NORMATİVLƏR


Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının 30 yaşına qədər olan əməkdaşları üçün müəyyən edilmiş tapşırıqlar və normativlər əsasında yoxlanılır. Bu tapşırıqlar və onların yerinə yetirilməsi üzrə minimal normativlər:

Kişilər üçün

Qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 (min) metrə - 4 dəqiqə;
Turnikdə dartınma: çəkisi 80 kiloqramadək - 10 dəfə, çəkisi 80 kiloqramdan yuxarı - 6  dəfə; 
Qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə;
Gövdənin döşəmədən qaldırılıb-endirilməsi-20 dəfə.


Qadınlar üçün

Qaçış: 100 (yüz) metrə - 18 saniyə, 1000 (min) metrə - 5 dəqiqə;
Gövdənin döşəmədən qaldırılıb-endirilməsi-20 dəfə.

Virtual Karabakh Karabakh Justice for khojaly