Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər Kriminal xronika Məlumatlar
Binə qəsəbəsində Vətən Müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb
24 sentyabr 2021 13:00Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd  Vətən Müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini  əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
24 sentyabr 2021 12:27Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Əməliyyat zamanı əvvəlcə Mərdəkan qəsəbəsi sakini Məlik Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkar edilib. Məlik Əliyev bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və evindən aşkar edilən marixuananı əkdiyi çətənə kollarını qurudandan sonra əldə etdiyini bildirib.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Emil Abdullayev, Uruf Balayev, Kamal Əskərov, Elvin Mehtiyev, Bəxtiyar Əskərov və Valid Qurbanov da saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər  izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
23 sentyabr 2021 12:50Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılmışdır.

Ağstafa rayonunun Göyçəli kəndi ərazisində “Mitsubishi” markalı yük avtomobili ilə kənd sakini İ.Əliyev vurulmuşdur
23 sentyabr 2021 12:50Sentyabrın 23-də saat 19 radələrində Ağstafa rayonunun Göyçəli kəndi ərazisində Bakı şəhər sakini İ.Rəhimov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə kənd sakini İbrahim Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Əliyev orada  ölmüşdür.

Ağstafa RPŞ tərəfindən araşdırma parılır.

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “VAZ-21715” markalı avtomobil və “Zontes” markalı motosiklet toqquşmuşdur
23 sentyabr 2021 12:50Sentyabrın 24-də saat 1 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini E.İbrahimovun idarə etdiyi “VAZ-21715” markalı avtomobil və 25-30 yaşlı şəxsin idarə etdiyi “Zontes” markalı motosiklet toqquşmuşdur. Nəticədə motosikletin sürücüsü xəstəxanada ölmüşdür.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı iki qardaşdan birini bıçaqla öldürməkdə, digərini isə yaralamaqda şübhəli bilinən S.Dadaşov saxlanılaraq istintaqa təhvil verilmişdir
23 sentyabr 2021 12:46Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə sentyabrın 22-də saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisindən qəsəbə sakinləri Kamil Cəfərov və qardaşı Samirin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri və K.Cəfərovun orada ölməsi barədə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Aparılmış araşdırmalarla Bakı şəhər sakini S.Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, qardaşı S.Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Dadaşov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Səbail rayonu ərazisindəki Sahil bağında xuliqanlıq zəminində vətəndaşlara qarşı elektroşok istifadə edən O.Mehdiyev saxlanılmışdır
23 sentyabr 2021 12:46Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Sahil bağında xuliqanlıq zəminində vətəndaşlara qarşı elektroşok istifadə edən Bakı şəhər sakini O.Mehdiyev saxlanılmışdır.




Çap et  Çap et