Axtarış

Vətəndaşlardan təşəkkür məktubları

13 iyul 2020
Bakı şəhər sakini Elçin Zeynalov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə BMCMİ-də operativ baxılaraq obyektiv araşdırıldığına, müraciətinin müsbət həll olunduğuna və dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
13 iyul 2020
Xızı rayon sakini Asim Ağaəhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktublarında qızı Dürdanə Ağaəhmədovanın üzləşdiyi problemlə əlaqədar Rayon Polis Şöbəsinə etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13 iyul 2020
Naxçıvan MR Culfa rayonunun Qızılca kənd sakini Naib Nəzərov DİN-ə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunduğuna və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
13 iyul 2020
Şabran rayonunun Ağalıq kənd sakini Etibar Kamilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə BDYPİ-nin yol patrul xidməti alayının 2-ci tağımının əməkdaşlarına minnətdarlığını bildirir.
13 iyul 2020
Bakı şəhər sakini Esmira Musayeva üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xəzər RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13 iyul 2020
Bakı şəhər sakini Ələs Arıxov DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını bildirir.
13 iyul 2020
Şəmkir rayon sakini Rəsul İbrahimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsində onu səmimi qəbul etdiyinə, diqqətlə dinlədiyinə görə RPŞ-nin rəhbərliyindən razılıq edir, müraciətinə operativ və tez bir zamanda baxılmasına görə təşəkkürünü bildirir.
13 iyul 2020
Sumqayıt şəhər sakini Ramin Xəlilov etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.
13 iyul 2020
Bakı şəhər sakini Zeynalabdin Zeynalov DİN-ə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, o cümlədən sahibsiz heyvanları qidalandırdıqlarına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
13 iyul 2020
Xızı rayon sakini İntiqam Məmmədov karantin rejimi dövründə pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyatlarını belə riskə ataraq gecə-gündüz xidmət aparan, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
Virtual Karabakh Karabakh Justice for khojaly