Axtarış

Lənkəran rayonunda saxlanılan R.İbrahimovdan heroin və metamfetamin götürülmüş, narkotik vasitələri ona satmaqda şübhəli bilinən R.Əzizov da saxlanılmışdır

01.08.2021
Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şilavar kənd sakini R.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 526 qramdan artıq heroin və 109 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş R.Əzizov da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 562 qrama yaxın heroin və elektron tərəzi götürülmüşdür.



Virtual Karabakh Karabakh Justice for khojaly