Axtarış

Krimnal xronika

tarixindən tarixinə
Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanıldı
27 fevral 2021Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin aşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdü. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən  əldə etdiyini bildirmişdi.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin,  Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır
26 fevral 2021Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılmışdır.

Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində “İveco” markalı avtobusla qəsəbə sakini X.Heydərova vurulmuşdur
26 fevral 2021Fevralın 26-da saat 9 radələrində Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində qəsəbə sakini V.Abdullayev idarə etdiyi “İveco” markalı avtobusu arxaya verərkən yolu keçən həmkəndlisi X.Heydərovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Hacıqabul rayonu ərazisində “KİA” markalı avtomobil dərəyə aşmışdır
26 fevral 2021Fevralın 25-də saat 19 radələrində  Hacıqabul rayonu ərazisində Şirvan şəhər sakini İ.Məmmədsoy idarə etdiyi “KİA” markalı avtomobili dərəyə aşırmışdır. Sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və fevralın 26-da orada ölmüşdür.

Baş İstintaq və Təhqiqat İdarəsi  tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş T.Həsənovun müxtəlif vaxtlarda daha 4 nəfərin çantasından oğurluq etməsi də müəyyən edilmişdir
26 fevral 2021Oğurluq etdiyinə görə tutulmuş T.Həsənovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda daha 4 nəfərin  çantasından ümumilikdə 444 manat, 51 ABŞ dolları və bank kartı oğurlaması da müəyyən edilmişdir.
Suraxanı rayonu ərazisindəki mağazaların birindən pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
26 fevral 2021Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 820 manat pul və 4812 manat dəyərində ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şükürov və R.Əliyev saxlanılmışlar.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini C.Mirzəyev saxlanılmışdır
26 fevral 2021Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kərgəlan kənd sakini C.Mirzəyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan  heroin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin götürülmüşdür.
Zərdab rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən N.Mustafayeva saxlanılmışdır
26 fevral 2021Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki evlərin birindən 6000 manat, 9600 ABŞ dolları və 100000 rubl oğurlamaqda şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılmışdır.
Ağsu rayon sakini İ.Mikayılovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
26 fevral 2021Ağsu RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərəbmehdibəy kənd sakini İ.Mikayılovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.
Bakıda 1000 manata tapança satmaq istəyən şəxs saxlanılıb
26 fevral 2021Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Abşeron rayon sakini olan Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.  Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.

Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanınında dəyişiklik edib. Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Virtual Karabakh Karabakh Justice for khojaly