Axtarış

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı

23.07.2021 19:34
Xəbər verildiyi kimi, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
 
Aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki,  1995-ci il təvəllüdlü Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri  Əliağa Sultanov 21 iyul 2021-ci il tarixdə saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürmüşdür.
 
Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.

Virtual Karabakh Karabakh Justice for khojaly