Axtarış

Press-relizlər

tarixindən tarixinə
Antinarkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti
10 iyul 2021 11:27Ümid edirik ki, “narkotiklərə yox” devizi hamılıqla dəstəklənəcək, hər kəs XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini verəcəkdir.
Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi etibarli təmin olunur
09 iyul 2021 16:11İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib.
Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti
09 iyul 2021 15:53Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan  təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
08 iyul 2021 14:50Bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti almışlar.
Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
06 iyul 2021 17:07Sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər.

Baş Prokurorluq və Daxili İşlər Nazirlyinin birgə məlumatı
06 iyul 2021 14:45Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmamışdır.
Yeni inzibati binaların açılışı olub
02 iyul 2021 16:44Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binaları istifadəyə verilib. 
Azərbaycan polisinin fəaliyyəti dövlətə və xalqa sədaqət nümunəsidir
02 iyul 2021 16:34Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
25 iyun 2021 10:53Bu gün – iyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazir V.Eyvazov: “İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur”
22 iyun 2021 13:47Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Virtual Karabakh Karabakh Justice for khojaly