Axtarış

Press-relizlər

tarixindən tarixinə
Daxili işlər naziri polis əməkdaşı ilə vida mərasimində iştirak edib
06 avqust 2021 16:57Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində ağır bədən xəsarətlər almış Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov bütün tibbi müdaxilələrə baxmayaraq avqustun 5-də vəfat edib.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 avqust 2021 15:43Avqustun 3-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
03 avqust 2021 11:44Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində keçirilmiş axtarış zamanı 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
03 avqust 2021 11:43Paytaxtın Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. 
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
02 avqust 2021 13:50Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
27 iyul 2021 18:20

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərən şəxs üzərində olan qumbaranın partlaması nəticəsində ölmüşdür. 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
23 iyul 2021 19:34Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
14 iyul 2021 15:29Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir.
Gənc zabitlər xidmətə başladılar
12 iyul 2021 20:13İyulun 12-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani  şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
12 iyul 2021 15:40Daxili İşlər Nazirliyinin əməkdaşları Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında müntəzəm olaraq yoxlamalar həyata keçirir.
Virtual Karabakh Karabakh Justice for khojaly