Axtarış

Press-relizlər

tarixindən tarixinə
Tarixdə qalan, tarixə dönən gün
02 iyul 2020 17:19Azərbaycan Polisi günü - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
01 iyul 2020 18:35Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək.
Polis günü ərəfəsində yeni inşa edilən binaların açılışı olub
01 iyul 2020 18:20Azərbaycan Polisi Günü ərəfəsində - iyulun 1-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə DİN-in müxtəlif xidmət sahələri üçün inşa edilmiş daha 3 yeni inzibati binanın açılışı olub.
Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələniblər
30 iyun 2020 21:50Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri ərazisində reydlər keçiriblər.
Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların nəzərinə!
25 iyun 2020 16:28

2020-ci ilin 26 iyun tarixindən etibarən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində (Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130) səyyar xidmət göstəriləcəkdir. 

Daxili İşlər naziri iki yeni inzibati binanın açılışında iştirak edib
15 iyun 2020 17:5215 iyun - Milli Qurtuluş Günündə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov hər iki tədbirdə iştirak edib.
Daxili İşlər Nazirliyindən
13 iyun 2020 15:47

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gənсə, Sumqayıt, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı şəhər və rayonlarının ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləсəkdir.

Daxili İşlər Nazirliyindən
08 iyun 2020 12:26Sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarına Yasamal rayonu ərazisindəki yaşayış binasında yaşayan mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirmiş 11 nəfər sakin saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətirilmişlər. 
Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür etdi
08 iyun 2020 09:43Əziz vətəndaşlar!
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
03 iyun 2020 19:30Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılmışlar.
Virtual Karabakh Karabakh Justice for khojaly