Axtarış

Press-relizlər

tarixindən tarixinə
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
21 oktyabr 2020 16:03Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.
“Əlaqələrin daha da inkişafı xalqlarımızın rifahı naminə regionda sülh və sabitlik işinə xidmət edəcək”
15 oktyabr 2020 18:43Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Seyid Abbas Musəvini qəbul edib. 
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
14 oktyabr 2020 17:57Bu gün – oktyabrın 14-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan  post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
DİN-in Mətbuat Xidmətindən
14 oktyabr 2020 16:30“COVID-19” pandemiyası ilə əlaqədar ölkədə hazırki sanitar-epidemioloji vəziyyət təhlil edilərkən çox təəssüf ki, respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli qərarı ilə 14 oktyabr saat 00.00-dan başlayaraq Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin müraciəti
05 oktyabr 2020 12:43Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatı
03 oktyabr 2020 22:04“Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Daxili İşlər Nazirliyinin yol hərəkəti iştirakçılarına müraciəti
03 oktyabr 2020 17:45Məlum olduğu kimi, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən
28 sentyabr 2020 17:24Komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.
"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılmasının səbəbləri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
22 sentyabr 2020 13:05"Pikap" tipli avtomobillərin YPX postlarında saxlanılması ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
17 sentyabr 2020 12:31Bu gün - sentyabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında vakant olan  post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Virtual Karabakh Karabakh Justice for khojaly