Axtarış

Maaş artımı barədə məlumat

05.10.2019 12:39
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmışdır. 

Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 387 nömrəli Qərarı ilə DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilmişdir.     
Məlumat üçün da bildiririk ki, təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqdan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir. 
Bu baxımdan artımın yekun məbləği (əlavələr daxil olmaqla) vəzifə maaşlarının orta hesabla 40 faizini təşkil etmişdir. 

                                               DİN-in Maliyyə-Plan İdarəsi 

Virtual Karabakh Karabakh Justice for khojaly